“Qayıdış Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyır” -MÜNASİBƏT

21:23 27.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Tarixi zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizdə qarşımızda duran ən mühüm məsələlərdən biri məskunlaşdırma prosesidir. Artıq biz Ağalı, Laçın, Füzulinin timsalında ilk köç dalğasının necə təşkil edildiyinin şahidi oluruq. 30 ildən çox düşmən işğalı altında qalan, bütün infrastrukturu dağıdılan, mina ilə çikrləndirilmiş bu ərazilərin əsl sahibinin kim olduğunu dünyaya nümayiş etdiririk. Özü də, bu proseslər yalnız öz daxili imkanlarımız hesabına reallaşdırılır, dövlətimizin öz gücü ilə həyata keçirilir”. Bunu SİA-ya açıqlamasında "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, məskunlaşdırma prosesisinin həyata keçirilməsi Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyır: “İlk öncə onu vurğulayaq ki, məlum səbəbdən ölkə iqtisadiyyatından kənar qalması büdcəmizə milyardlarla dollar zərər vurub. Bu ərazilərdəki təbii sərvətlərimizin illər boyu talan edilməsi, meşə fondumuzun məhvi, torpaq fondumuzun aqrar sektorunun inkişafına verə biləcəyi töhfədən məhrum olmuşuq. Hazırda tədricən də olsa bərpa-quruculuq işləri ilə yanaşı işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından yararlanmaq üçün düşünülmüş siyasət həyata keçirilir. Bu planın reallaşmasının ən başlıca amillərindən biri uğurlu məskunlaşdırma siyasətidir. Artıq biz bu siyasətin uğurlu nəticələrini də görürük. İşğaldan azad edilmiş və köç reallaşdırılan ərazilərimizdə həm iqtisadi-sənaye, həm də aqrar sektorda mühüm nailiyyətlər əldə edilir. Həmçinin məskunlaşdırma prosesi Azərbaycana qarşı gələcək torpaq iddialarının da üstündən xətt çəkir”.